Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 10:04
Bakı. Trend:
İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti karantinə alınıb.
Trend İRİB televiziya kanalına istinadən xəbər verir ki, Ə.Ə.Vilayəti səhhətində yaranan problemlə bağlı xəstəxanaya müraciət edib. Müayinə zamanı onda koronavirusun əlamətləri aşkar edilib və dərhal karantinə alınıb.
Qeyd edək ki, koronavirus artıq İranın bütün vilayətlərinə yayılıb.
Virusa yoluxanların sayı 10 mini, ölənlərin sayı isə 400 nəfəri keçib.