Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 10:40
Bakı. Trend:
2020-ci il Formula 1 mövsümü Bakıda başlaya bilər.
Trend-in məlumatına görə, bu barədə “Red Bull” komandasının idman məsləhətçisi Helmut Marko fikir bildirib.
Qeyd edək ki, bu həftə keçirilməsi nəzərdə tutulmuş Avstraliya Qran-prisi təxirə salınıb. Bundan əvvəl isə Çin Qran-prisi ləğv edilmişdi.
H.Marko bildirib ki, Monako Qran-prisinə qədər bütün mərhələlərin təxirə salınması gözlənilir.
Nəticədə Formula 1 mövsümünün iyunun 7-də Azərbaycan Qran-prisi ilə başlaması mümkündür.