Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 11:46
Kanadanın baş naziri Castin Tryüdonun xanımı Sofi koronavirusa yoluxub.
Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, Kanadanın birinci xanımı əri ilə birlikdə Böyük Britaniyadan səfərdən dönəndən sonra özündə virusa yoluxma əlamətləri aşkar edib. Aparılan analizlər onda Covid-19 virusunun olduğunu təsdiqləyib. Bildirilir ki, baş nazir Londondan qayıdandan sonra özünü təcrid rejiminə keçmişdi və evdən işləyirdi.
Birinci xanımın müalicəsi və səhhətinin necə olduğu barədə məlumat verilmir. Virus bundan əvvəl də dünyanın bir sıra ölkələrində siyasi elitaların yüksək rütbəli üzvlərində aşkarlanmışdı.