Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şeydayev oynadı, komandası 6 cavabsız qolla uduzdu

Şeydayev oynadı, komandası 6 cavabsız qolla uduzdu

Tarix: 26 May 2019 17:08

Rusiya Premyer Liqasında 2018-2019 mövsümünə yekun vurulub.

Qol.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" sonuncu -30-cu turda səfərdə SSKA ilə qarşılaşıb. Azərbaycanlı forvardın start heyətdə meydana çıxdığı və 90 dəqiqə oynadığı matçda Samara təmsilçisi 0:6 hesabı ilə uduzub.

Qeyd edək ki, mövsümü 28 xalla 13-cü pillədə başa vuran "Krılya Sovetov" aşağı dəstədən gələn komanda ilə "play-off" oyununa çıxacaq.

 


Etiketlər:  Şeydayev oynadı komandası cavabsız qolla uduzdu


RƏYLƏR