Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 21:12
Bakı. İlhamə İsabalayeva - Trend:
Dünyada koronavirus yayılır,pandemiya müşahidə edilir. Amma bizim ölkəmizdə vəziyyət pandemiya deyil.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədli deyib.
Onun sözlərinə görə, Operativ qərargah vəziyyətin ağırlaşmaması üçün yeni qərarlar verib:
“Kafe və restoranlarda şənlik keçirilməsi qadağan edilir. Xüsusi rejimə əməl etməyənlərə qarşı tədbirlər görüləcək. Xüsusi rejimə əsasən, bir çox kütləvi tədbirlər qadağan edilib. Bu, o demək deyil ki, ölkəmizdə vəziyyət çox ağırdır. Bunlar qabaqlayıcı tədbirlərdir və hadisələri qabaqlayır. Bəzi ölkələr bu qabaqlayıcı tədbirləri görmədiyi üçün vəziyyət pisləşib. İndi dövlət və vətəndaşların həmrəy olması lazımdır. Ajiotaj yaradanlar haqqında ciddi tədbir görüləcək”.