Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkəmizdə vəziyyət pandemiya deyil - Operativ qərargah

Ölkəmizdə vəziyyət pandemiya deyil - Operativ qərargah

Tarix: 13 Mart 2020 21:16

Dünyada koronavirus yayılır,pandemiya müşahidə edilir. Amma bizim ölkəmizdə vəziyyət pandemiya deyil.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədli deyib.

Onun sözlərinə görə, Operativ qərargah vəziyyətin ağırlaşmaması üçün yeni qərarlar verib:

"Kafe və restoranlarda şənlik keçirilməsi qadağan edilir. Xüsusi rejimə əməl etməyənlərə qarşı tədbirlər görüləcək. Xüsusi rejimə əsasən, bir çox kütləvi tədbirlər qadağan edilib. Bu, o demək deyil ki, ölkəmizdə vəziyyət çox ağırdır. Bunlar qabaqlayıcı tədbirlərdir və hadisələri qabaqlayır. Bəzi ölkələr bu qabaqlayıcı tədbirləri görmədiyi üçün vəziyyət pisləşib. İndi dövlət və vətəndaşların həmrəy olması lazımdır. Ajiotaj yaradanlar haqqında ciddi tədbir görüləcək".


Etiketlər:  Ölkəmizdə vəziyyət pandemiya deyil Operativ qərargah


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ