Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 21:48
Sosial şəbəkələrdə yayılan şayiələri hər gün təkzib edirik.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədli deyib.
O bildirib ki, cəmiyyət anonimlərə inanmasın:
"Market və ticarət mərkəzlərində ərzağın məhdud şəkildə satılması məlumatları yalandır. Əvvəllər necə işləyiblərsə, elə də işləyirlər. Əsasən kafe və restoranlarda yoluxma ehtimalı olduğundan, bu obyektlər xüsusi rejimlə işləyəcəklər. Aptek və marketlər həmişəki qaydasında fəaliyyətini davam etdirəcək".