Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 12:56
UEFA AVRO-2020-nin keçirilməsi ilə bağlı hazırlıq işlərini dayandırmağa qərar verib.
Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, buna səbəb koronavirus pandemiyasıdır.
Bildirilir ki, qurum tərəfdaşlarını hazırlıq proseslərinin dayandırılmasının zəruriliyi barədə məlumatlandırıb. Çünki turnirin final mərhələsinin 2021-ci ilə keçirilməsi müzakirə olunur.
Qeyd edək ki, iyunun 12-dən iyulun 12-dək keçirilməsi planlaşdırılan AVRO-2020-nin oyunları 12 şəhərdə, o cümlədən Bakıda təşkil olunmalı idi.