Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2020 11:57
Bakı. Trend:
Məlum olduğu kimi, ötən il noyabrın 1-dən “ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və digər xidmətlərlə əlaqədar qeydiyyat məhdudiyyəti aradan qaldırılıb. Belə ki, qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlar istənilən mərkəzə müraciət edərək göstərilən xidmətlərdən yararlana bilirlər. Lakin vergi və əmlak məsələləri sahələrində göstərilən xidmətlərlə bağlı qeydiyyat məhdudiyyəti hələ ki, tam aradan qalxmayıb. Müvafiq qurumlarla bu istiqamətdə iş aparılıb. Həmin xidmətlərin göstərilməsi sahəsində qeydiyyat məhdudiyyəti tezliklə aradan qaldırılacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Agentliyin sədri “ASAN xidmət” mərkəzlərinin olmadığı bölgələrdə səyyar “ASAN xidmət” avtobuslarının əhaliyə mütəmadi olaraq xidmət göstərdiyini də diqqətə çatdırıb.