Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmmuntet sistemini gücləndirən QİDALAR

İmmuntet sistemini gücləndirən QİDALAR

Tarix: 15 Mart 2020 19:12

Koronavirusun sürətlə yayılmasından sonra immuntet sistemini gücləndirən qidaların hansılar olduğu maraq dairəsinə çevrilib.

Sonxeber.net xəbər verir ki, immunteti gücləndirən qidaların başında protein dayanır. Yumurta, ət kimi qidalar qəbul edərək, gündəlik protein ehtiyacınızı qarşılayın. 

Omeqa 3 xüsusilə dəniz məhsullarında daha çoxdur. Omeqa 9 isə kətan toxumu, pəlpətöyün və qozun tərkibində var. Gündəlik qida periodunuza bu qidaları əlavə etmənizdə fayda var.

İmmuntet sisteminizi gücləndirməyin vacib olduğu bu dövrdə tək qida dietalarından uzaq durun.

Çəkinizə uyğun olaraq gündəlik ehtiyacınız olan kalori miqdarını almağa çalışın. Belə olan halda enerjiniz çox olar və immun sisteminiz təbii olaraq güclənər. 

Meyvə və tərəvəzlərdə olan vitaminlər və minerallar sayəsində immun sistemi güclənər və orqanizmi viruslardan qoruyar. 

Xüsusilə ev şəraitində hazırlanan qatığın tərkibində probiotik bakteriya, protein, D və B vitaminləri, Kalsium, Omega 3 kimi maddələr var. 

Yeməkdən sonra atışdırma olaraq quru meyvələr yeməyə üstünlük verin. Qurudulmuş meyvələr immun sistemini gücləndirən ən başlıca vasitələrdən hesab olunur. (ölkə.az)


Etiketlər:  İmmuntet sistemini gücləndirən QİDALAR


RƏYLƏR