Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2020 23:36
Elm adamları günorta yatmağın öldürücü təsirindən danışıb.
Sonxeber.net xəbər verir ki, Çinin Uxan Universitetinin alimləri bu barədə xəbərdarlıq edib.
Onlar hesab edir ki, günorta, eyni zamanda 9 saatdan artıq yatmaq insult riskini artırır.
6 il davam edən tədqiqatda 31 750 çinli iştirak edib. Onların orta yaş göstəricisi isə 62 olub. İştirakçılardan 1557-də insult halına rast gəlinib.
Onların 8%-i 90 dəqiqə və daha çox, 24%-i isə 9 saat və daha artıq yatıb. Sonuncularda 7-8 saat yatanlarla müqayisədə insult riski 23% çox olub. (publika.az)