Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənni Mübariz Mənsimova görə ağladı

Azərbaycanlı müğənni Mübariz Mənsimova görə ağladı

Tarix: 16 Mart 2020 09:45

Tanınmış azərbaycanlı müğənni Nazənin bu gün İstanbulda saxlanılan iş adamı Mübariz Mənsimova dəstək nümayiş etdirib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi sosial media hesabında canlı yayıma çıxaraq "Palmali" prezidentinin həbsindən kədərləndiyini bildirib.

O, Türkiyənin müvafiq qurumlarından Mənsimovun işinə ədalətli baxılmasını və tezliklə azadlığa çıxmasını xahiş edib. Sənətçi çıxışı zamanı kövrəlib və daha sonra ağlamağa başlayıb.

Qeyd edək ki, Türkiyə mətbuatı M.Mənsimovun FETÖ işi çərçivəsində saxlanıldığını yazıb.


Etiketlər:  Azərbaycanlı müğənni Mübariz Mənsimova görə ağladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ