Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boksçumuz növbəti mərhələdə

Boksçumuz növbəti mərhələdə

Tarix: 16 Mart 2020 11:14

Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir.

Qol.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub.

Boksçularımızdan Cavid Çələbiyev (63 kq) debütdə Kiril Rusinovla (Bolqarıstan) üz-üzə gəlib. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş gərgin alınıb. Qarşılaşma 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə dünya çempionumuzun xeyrinə yekunlaşıb.

Çələbiyev növbəti döyüşündə irlandiyalı George Batesi sınağa çəkəcək. Görüş martın 17-də olacaq.

Ondan fərqli, Rauf Rəhimov (91 kq) Mücahit İlyasla (Türkiyə) qarşılaşıb və məğlubiyyətə üzülüb.

Qeyd edək ki, turnirin üçüncü günündə 4 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynovla (52 kq) Lorenzo Sotomayor (69 kq) ilk görüşünə çıxacağı halda, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.

 


Etiketlər:  Boksçumuz növbəti mərhələdə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ