Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda elmi müəssisələrin akkreditasiyasını həyata keçirəcək qurum müəyyənləşib - TƏKLİF

Azərbaycanda elmi müəssisələrin akkreditasiyasını həyata keçirəcək qurum müəyyənləşib - TƏKLİF

Tarix: 16 Mart 2020 12:20

Azərbaycanda elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını həyata keçirəcək qurum müəyyənləşib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Elm haqqında" qanunun 24-cü maddəsinə (Elmi fəaliyyətin tənzimlənməsi və elmi müəssisənin akkreditasiyası) dəyişiklik təklif edilir.

Dəyişiklik layihəsinə əsasən, elmi müəssisələrin (təşkilatların) akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası ali attestasiya orqanı tərəfindən həyata keçiriləcək. Sənədin hazırkı variantı isə belədir: Elmi müəssisələrin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Elmi müəssisələrin akkreditasiyası qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq, ictimai əsaslarla fəaliyyət göstərir.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Etiketlər:  Azərbaycanda elmi müəssisələrin akkreditasiyasını həyata keçirəcək qurum müəyyənləşib TƏKLİF


RƏYLƏR