Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 14:56
"Mançester Yunayted" futbolçusu Nemanya Matiçlə müqavilənin müddətinin uzadılması ilə bağlı bəndi aktivləşdirib.
Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, bununla da 31 yaşlı yarımmüdafiəçi ən azı 2021-ci ilin yayına kimi İngiltərə klubunda qalacaq. "MY", həmçinin serbiyalı futbolçu ilə yeni müqavilə imzalamaq üçün də danışıqlara başlayıb.
Qeyd edək ki, Matiç bu mövsüm Premyer Liqada oynadığı 12 matçda 1 qol ötürməsi verib.