Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xələf Xələfov: "Keşikçidağ" Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunur və qorunmaqda davam etdirilir

Xələf Xələfov:

Tarix: 27 May 2019 13:45

Bakı. Trend:

"Keşikçidağ" Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunur və qorunmaqda davam etdirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi:

"Gürcüstanlı zəvvarların “Keşikçidağ” qoruğunun ərazisində yerləşən mağaralara keçidləri, gürcü tərəfinin xahişinə və qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi. Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu hər bir tərəfin suveren hüququdur".


Etiketlər:  Xələf Xələfov Keşikçidağ Azərbaycan Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunur qorunmaqda davam etdirilir


RƏYLƏR