Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 17:06
Bakı. İlhamə İsabalayeva - Trend:
Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Cənub-Muğan kollektorunda keçirilib.
Trend-in məlumatına görə, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Kənan Kərimli bildirib ki, reyd zamanı kollektorun Cəlilabad və Neftçala rayonları ərazisi və Mahmudçala ovçuluq təsərrüfatının şərq hissəsi balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.
İdarə rəisi hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırıb.