Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“iPad Pro” və “MacBook Air” cihazlarının yeni nəsli təqdim edilib

“iPad Pro” və “MacBook Air” cihazlarının yeni nəsli təqdim edilib

Tarix: 19 Mart 2020 10:57

“Apple” şirkəti “iPad Pro” və “MacBook Air” cihazlarının yeni nəslini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, 11 və 12,9 düymlük ekranlara malik “iPad Pro” planşeti yeni “A12Z Bionic” prosessoru və “Neural Engine” sistemi ilə təchiz edilib. Qurğunun arxa panelində 12 və 10 meqapiksel təsvir ölçülü genişbucaqlı və super geniş bucaqlı modullardan ibarət ikiqat kamera quraşdırılıb. Kamera, həmçinin LiDAR skanerinə malikdir. Bu skaner səthdən əks olunan işığın dəqiq keçmə vaxtını ölçür və artırılmış reallıqla işləmək üçün nəzərdə tutulub.

 

Eyni zamanda 13 düymlük diaqonala malik yeni “MacBook Air” təqdim edilib. Ultrabuk “Intel Core i3” və ya “Core i5” prosessoru, “Intel Iris Plus Graphics” qrafik sürətləndiricisi, 8 QB əməli yaddaş, 256 və ya 512 QB-lıq SSD daşıyıcı ilə təchiz edilib.

 

Emil Hüseynov




Etiketlər:  iPad MacBook cihazlarının yeni nəsli təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ