Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 11:28
Bakı. Trend:
Bu gündən etibarən “Azpetrol” şirkətinin “Babək” YDM-də CNG-nin satışına başlanılıb.
Trend-in məlumatına görə, şirkət müştərilərin nəzərinə çatdırır ki, CNG mühərrik yanacağı bir kubmetr üçün 0,45 manat təşkil edir, bu da təqribən bir litr benzinə ekvivalentdir:
"Qeyd edək ki, CNG mühərrik yanacağı Avro-6 ekoloji standartının tələblərinə tam cavab verir.
Onu da xatırladaq ki, yanacaq çənində qaz tükəndiyi halda, sürücü dayanmağa ehtiyac duymadan sürməyə davam edə bilər, çünki avtomobil avtomatik olaraq benzinə keçir.
Sürücülər avtomobillərini sırf qazla, yəni başqa yanacaq çəninə keçmədən də sürə bilərlər. Buna baxmayaraq, mühərriki aşağı dərəcələrdə işə salanda, benzin çənində mütləq minimal ölçüdə yanacaq olmalıdır.
CNG avtomobillər üçün ən təhlükəsiz və ətraf mühit standartlarına cavab verən yanacaq növüdür.
Onu da qeyd edək ki, CO2-nin emissiyası CNG-də benzindən təxminən 25% daha azdır. CNG tam yanandan sonra yalnız karbon dioksid və su buxarı qalır.
“Azpetrol” şirkəti yaxın gələcəkdə “Mayak”, “Masazır” və “Mərdəkan” YDM-lərində CNG-nin satışına start verəcək".