Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 18:40
“Tottenhem”in zədəli futbolçusu Harri Keyn sıraya dönüb.
Qol.az “Daily Mail”ə istinadən xəbər verir ki, komandanın əsas “qol silahı” artıq zədəsini tam sağaldıb. Onun iyunun 1-də Çempionlar Liqasının finalında “Liverpul”la matçda iştirak edə biləcəyi qeyd olunub.
İngiltərə millisinin üzvü ÇL-in yarımfinalında “Manççester Siti” ilə görüşdə zədələnmişdi. O, bu mövsüm London klubunda 39 oyuna 24 qol vurub.