Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2020 07:24
Bakı. Trend:
Qazaxıstan seysmoloqları Qırğızıstan ərazisində baş verən 5,1 maqnitudalı zəlzələ qeydə alıblar.
Trend-in məlumatına görə, bu barədə bu barədə Qazaxıstan Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin Seysmoloji təcrübə-metodik ekspedisiyasının yaydığı xəbərdə deyilir.
Bildirilir ki, yeraltı təkanları Alma-Ata sakinləri də hiss ediblər. Təkanların episentri Almata şəhərindən 137 kilometr cənub-şərqdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.