Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2020 12:08
Gəncədə sosial izolyasiya tədbirləri ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, koronavirus infeksiyası ilə əlaqədar AzərbaycanRespublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən 2020-ci il 14 mart tarixdə ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilməyə başladığı vaxtdan etibarən Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları da şəhər ərazisində gücləndirilmiş iş rejimində xidmət aparaq həm sahibkarlar, həm dəşəhər sakinləri ilə maarifləndirici söhbətlər aparırlar.
Bundan başqa Baş İdarənin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücüləri ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımalarına martın 19-dan 29-dək qadağa qoyulması ilə bağlı məlumatlandırırlar.
Şəhər sakinləri görülən qabaqlayıcı tədbirləri təqdirəlayiq hal kimi dəyərləndirirlər.