Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər gün içki içənlər qaraciyərini bu qida ilə qorumalıdır - ALİMLƏR

Hər gün içki içənlər qaraciyərini bu qida ilə qorumalıdır - ALİMLƏR

Tarix: 20 Mart 2020 20:36

Alimlər çox içki içib, alkoqoldan asılı insanların qaraciyərini qorumaq və bərpa etmək yollarını açıqlayıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Çinin Kənd Təsərrüfatı universitetinin alimləri alkoqoldan sonra qaraciyəri bərpa edən qidanı açıqlayıblar.

Belə ki, siçanlar üzərində təcrübə göstərib ki, süd turşuları, süd məhsulları, probiotiklərin tərkibində olan Laktobakteriyalar bağırsaq mikroflorasını tənzimləyir, burdan da qaraciyərin zədələnmiş hüceyrələnin bərpası gedir.

Məlumdur ki, xroniki alkoqol istifadəçilərinin qaraciyərində piylənmə, steatoz, sirroz, hətta xərçəng olur.

Laktobakteriyalar kefir, yoqurt, qatıq, süd zərdabı, kəsmik, xama, bərk pendir növlərində olur.

Eləcə də apteklərdə satılan hazır probiotiklərdə olur.


Etiketlər:  Hər gün içki içənlər qaraciyərini qida ilə qorumalıdır ALİMLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ