Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan qorunmaq mövzusunda yeni sosial çarxlar hazırlanıb (VİDEO)

Koronavirusdan qorunmaq mövzusunda yeni sosial çarxlar hazırlanıb (VİDEO)

Tarix: 21 Mart 2020 12:21

Bakı. Trend:

Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən daha 3 yeni sosial çarx hazırlayıb.

Bu sosial çarxlar "Yaşlıları koronavirusdan qoruyaq!", "Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?" və "Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?" mövzularına həsr edilib.


Etiketlər:  Koronavirusdan qorunmaq mövzusunda yeni sosial çarxlar hazırlanıb VİDEO


RƏYLƏR