Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' bu ay Messiylə müqavilə bağlaya bilər

''Barselona'' bu ay Messiylə müqavilə bağlaya bilər

Tarix: 21 Mart 2020 12:34

"Barselona" bu ayın sonunadək futbolçusu Lionel Messi ilə yeni müqavilə bağlamaq niyyətindədir.

Qol.az "AS"a istinadən xəbər verir ki, argentinalı hücumçunun  Kataloniya klubu ilə 2021-ci ilin yayınadək müqaviləsi olsa da, o, bu yay klubu tərk edə bilər. Buna görə də "Barselona" 32 yaşlı futbolçunun sözləşməsini uzadıb, komandada saxlamaq üçün bütün şəraitləri yaratmaq niyyətindədir.

Xəbərdə o da qeyd olunub ki, Messinin son vaxtlar klub rəhbərliyi ilə münasibətləri yaxşılaşıb.

Qeyd edək ki, bundan əvvəl komandanın sabiq hücumçusu Neymarın qayıtması L.Messini komandadan ayrılmaq fikrindən daşındıra biləcəyi  bildirilmişdi.

 


Etiketlər:  Barselona Messiylə müqavilə bağlaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ