Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Amrahbank'' COVİD-19 Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

''Amrahbank'' COVİD-19 Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

Tarix: 21 Mart 2020 16:44

"Amrahbank" COVİD-19 Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Bank Fondun hesabına virusla mübarizə məqsədilə 200 min manat məbləğində ianə köçürülməsinə qərar verib.

"Bir sıra iri holdinq və şirkətlər kimi Amrahbank da qeyd edilən məbləği Fondun hesaba köçürməyi həm də korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq özünə borc bilib" - Bankın məlumatında deyilir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.


Etiketlər:  Amrahbank COVİD Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ