Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 05:32
Bakı. Trend:
ABŞ-da Nyu-York, Kaliforniya və Vaşinqton ştatlarında yeni növ koronavirusla (COVİD-19) mübarizəyə Milli Qvardiyanın cəlb edilməsi haqqında sənədlər imzalanıb.
Trend-in "TASS"a istiandən verdiyi məlumata görə, bunu ölkə prezidenti Donald Tramp Ağ Evdə brifinq zamanı deyib.
D.Tramp bildirib: "Nyu-York, Kaliforniya və Vaşinqton ştatları əmindirlər ki, Milli Qvardiya qüvvələri bu böhranla mübarizəyə effektiv yardım edəcəklər. İmzalamalı olduğumuzu imzaladıq, bu, qüvvəyə mindi. Digər ştatlarla da işləyirik . Hakimiyyət ABŞ-ın Fövqəladə Vəziyyətlər üzrə Federal Agentliyi vasitəsilə xərclərin 100 faizini ödəyəcək".