Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DGK Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat ayırıb

DGK Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat ayırıb

Tarix: 23 Mart 2020 19:30

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrindən 1 milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.


Etiketlər:  Koronavirusla Mübarizəyə Dəstək Fonduna milyon manat ayırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ