Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov və futbolçulardan - Prezidentin çağırışına dəstək

Qurban Qurbanov və futbolçulardan - Prezidentin çağırışına dəstək

Tarix: 24 Mart 2020 19:38

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov və klubun futbolçuları  koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürülmüş təşəbbüsə qoşulub.

Qol.az xəbər verir ki, Q.Qurbanov Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat, futbolçular isə ümumilikdə 50 min manat köçürüb.

Koronavirusla mübarizə çərçivəsində yaradılmış koronavirusinfo.az saytında  yardım edən şəxslərin siyahısında Q.Qurbanov və "Qarabağ"ın oyunçularının da adı qeyd edilib.


 


Etiketlər:  Qurban Qurbanov futbolçulardan Prezidentin çağırışına dəstək


RƏYLƏR