Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 21:26
Almaniya Futbol Liqası koronavirusa görə Almaniya Bundesliqasının və ikinci Bundesliqanın bərpa müddətini uzatmağı planlaşdırır.
Qol.az liqanın saytına istinadən xəbər verir ki, liqanın idarə heyətinin videoiclasında 30 aprelə qədər yarışların dayandırılması tövsiyə olunub.
Açıqlamada yerli çempionatın iyunun 30-dək tamamlanacağına ümidlərin qaldığı, lakin hər şeyin koronavirus pandemiyası ilə bağlı vəziyyətin inkişafından asılı olacağı vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Almaniya Bundesliqası və ikinci Bundesliqasının oyunları aprelin 2-dək təxirə salınmışdı.