Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabad rayonunda ev yanıb

Cəlilabad rayonunda ev yanıb

Tarix: 28 May 2019 20:15

Bakı. Trend:

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 161 m² olan talvarın yanar konstruksiyaları, altında dayanan “Porsche” markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 504 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın tavanı 28 m² sahədə yanıb.

Yüksək temperaturdan otağın qapı və pəncərə çərçivəsi, aynabəndin tavanı 38 m² sahəsi yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Cəlilabad rayonunda yanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ