Tarix: 25 Mart 2020 12:00
“Abdurrahim (Albayrak – red.) abi ilə həyat yoldaşına və canım hocam Fatih Terimə keşmiş osun deyirəm. Fatih Terimin yeri həmişə bir başqadır”.
Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin sabiq üzvü Arda Turan “TRT Spor”a açıqlamasında deyib.
Koronavirusa youxan keçmiş baş məşqçisi Fatih Terimin durumundan danışan futbolçu onun özünü yaxşı hiss etdiyini bildirib:
“İnşallah tez bir zamanda özünə gələcək, aslan kimidir. Sonra yenə bir çox məsələdə hər kəsə örnək olacaq. Səsini eşitmək fürsətim oldu. Səsi həmişəki kimi idi. Aslan kimi toparlanacaq. Həkimi ilə də danışdım, müayinələri edilir. Ondan yaxşı xəbərlər gözləyirəm”.