Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2020 18:06
Mingəçevir şəhər İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri barədə ətraflı məlumat verilib, eləcə də karantin rejiminin elan edilməsi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.
Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Onlarla maarifləndirici söhbətlər aparıldıqdan sonra xəbərdarlıq edilib və yaşadıqları ünvanlara göndəriliblər.