Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 14:33
Bakı. Trend:
Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Gənclər Birliyinin və Azərbaycan Neft və Sənaye Universitetinin bir qrup fəal tələbə gəncləri hökümətin koronavirusla mübarizəsində fəal iştirak etmək məqsədilə “Bizim də qatqımız olsun” online aksiyaya start verdilər.
Trend-in məlumatəna görə, partiyanın 10-a yaxın gənc fəalı koronavirusa qarşı mübarizə ilə bağlı hökumətin, eləcə də Operativ Qərargahın qəbul etdiyi bütün qaydalara riəyyət etməklə təqaüdlərinin çox cüzi hissəsini banka gedərək
(1 AZN) Koronavirusa qarşı Mübarizəyə Dəstək Fonduna keçirib və ölkədəki bütün gəncləri, xüsusilə də partiyanın üzvü olan fəal tələbə gəncləri bu aksiyaya qoşulmağa çağırıblar. Layihənin rəhbəri YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, ADNSU-nun doktorantı Salman Salmanov keçirdikləri online aksiyada YAP-ın bütün gənclərinə xüsusən də, bütün tələbə gənclərə müraciət edib.
O, qeyd edib ki, bütün insanlığın, bəşəriyyətin, dünyanın 200-ə yaxın dövlətinin qlobal təhlükə ilə üzbəüz olduğu dövrdə gənclər kənarda qala bilməz, əksinə gənclər bu mübarizədə fəal mövqe göstərməlidirlər. Belə ki, ən müasir mikroskopla görünən bu virus nə güclü, nə də zəif dövlət, nə zəngin, nə yoxsul tanıyır...Nə yaşlı, nə gənc, nə sağlam və ya xəstə bilir, hər şey və hər kəs risk altında, təhlükədə.
Salman Salmanov müraciətində Birinci vitse-prezident möhtərəm Mehriban xanım Əliyevanın "Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər" sözlərini xatırladaraq, bu pandemiyanın gedişat tendensiyasının hələ də sual altında olmasını vurğulayıblar.
Qeyd edib ki, baxmayaraq, ölkədə də bu xəstəlikdən maksimum qorunmaq və minimum itki üçün dövlət bütün güc və imkanlarını səfərbər edib, biz gənclər Azərbaycan Prezidentinin rəhbərliyi ilə hökumətin bu mübarizəsində onun yanında olmalı, çox məsuliyyətlə bu mübarizənin fəal iştirakçısı olmalıyıq.
Bu gün gənclərin də ölkə əhalisinin fərqli təbəqələrinin bu mübarizəyə dəstək verənləri çərgəsində olması da təbiidir. Biz gənclər çox gözəl anlayırıq ki, bu gün bu mübarizə və mücadilə millətimizin, xalqımızın, dövlətimizin və gələcəyimizin qorunması naminədir. Mən ADNSU-nun əməkdaşı və YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin sədri kimi qeyd etmək istərdim ki, baxmayaraq ki, Azərbaycan Respublikasının sərəncamı ilə yaradılan Koronavirusla Mübarizə Fonduna bir çox təşkilatlar kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Yeni Azərbaycan Partiyası və onun rayon təşkilatlarının əməkdaşları da vəsait keçirib, bu nəcib kampaniyada bütün gənclər xüsusilə də tələbə gənclər öz qatqılarını verməlidir. Çünki bu vətənin də, bu dövlətin də gələcək sahibləri biz gənclərik. Online aksiyanın sonunda bir daha Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşı və YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin sədri Salman Salmanov koronavirus epidemiyasının ölkəmizdə bitənədək,online aksiyanın davam edəcəyinə, bütün tələbə gənclərin bu işə qoşulmalarına çalışacaqları bildirib və YAP üzvü olan bütün tələbə gənclərə “Biz Qoşulduq”, “Sən də Qoşul” sloqanları ilə çağırış etdi.
ADNSU və YAP-ın Nəsimi rayon təşkilatı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz töhfələrini artıq verib və aksiya davam edir.