Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 19:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonu Hamarmeşə kəndinin yaxınlığında Gurdasar meşəbəyliyində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Regional Ekologiya İdarəsinin rəisi Rafael Tahirov jurnalistlərə bildirib ki, sözügedən meşə sahəsinə keçirilən baxış zamanı 30-a yaxın ağacın kəsildiyi aşkar edilib. Faktla bağlı akt tərtib olunub.
"Hazırda Nazirliyin yerli qurumları və rayon polis şöbəsi tərəfindən təqsirkarların müəyyən olunması istiqamətində tədbirlər həyata keçirilir, nəticə barədə əlavə məlumat veriləcək".
Nazirlik rəsmisi ağacların kəsilməsi ilə bağlı nazirliyə məlumat verən təbiətsevərlərə təşəkkürünü bildirib, vətəndaşları təbiət düşmənlərinə qarşı bundan sonra da birgə mübarizəyə çağırıb.