Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hüquqi statusu müəyyənləşib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hüquqi statusu müəyyənləşib

Tarix: 26 Mart 2020 20:54

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hüquqi statusu müəyyənləşib.

Sonxeber.net bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum olacaq. Agentlik siyahıda Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatların sıraısna daxil edilib.

Qeyd edək ki, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli fərmanına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilib.


Etiketlər:  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hüquqi statusu müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ