Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FIDE prezidenti Rəcəbovun iddiaçılar turnirindən imtina etməsindən danışdı

FIDE prezidenti Rəcəbovun iddiaçılar turnirindən imtina etməsindən danışdı

Tarix: 27 Mart 2020 14:58

Beynəlxalq Şhmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç iddiaçılar turnirini dayandırmaqları barədə danışıb.

Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, FIDE-nin rus rəhbəri həm də Teymur Rəcəbovun yarışdan imtina etməsindən də söz açıb.

"Teymur Rəcəbov turnirdən koronavirusa görə imtina etdi. Teymura qarşı hörmətsizlik etməmişik. Ciddi tədbirlər görülmüşdü. Gündə 2 dəfə tibbi baxış, koronavirus testləri təşkil etdik. Azarkeşlər turnirə buraxılmadı, media ilə ünsiyyətə məhdudiyyət qoyuldu. Bu, Rəcəbovun öz qərarı idi. Biz ona tibbi baxışdan keçməyi təmin edəcəkdik. Yarış iştirakçılarında COVID-19 testi müsbət çıxmadı. Rusiya höküməti aviasiya əlaqələrinə qadağa qoyduğu üçün yarış dayandırıldı. Ancaq bu, turnirin ləğv edilməsi anlamına gəlməməlidir".

Teymur Rəcəbov turnirdən koronavirus pandemiyasına görə imtina etmişdi.


Etiketlər:  FIDE prezidenti Rəcəbovun iddiaçılar turnirindən imtina etməsindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ