Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Maaşın azaldırılmasından narahatıq'' - FİFPro-dan çağırış

“Maaşın azaldırılmasından narahatıq'' - FİFPro-dan çağırış

Tarix: 28 Mart 2020 08:14

Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) koronavirus pandemiyası səbəbindən maddi problemlər yaşayan klubların durumundan narahatdır.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, qurum bununla bağlı milli assosiasiyalara müraciət edib.

FİFPro böhranla üzləşən klubların vəziyyətini müzakirə etmək üçün assosiasiyalarla çıxış yolunun müzakirəsinə hazırdır: "Bir çox ölkələrdə klubların futbolçuları ilə müqaviləyə xitam verməsindən və ya birtərəfli şəkildə maaşını azaltmasından narahatlıq keçiririk. Bunun qarşısının alınması üçün milli assosiasiyaları həm klubların, həm də futbolçuların maraqlarının bərabər şəkildə qorunması məsələsini müzakirə etməyə çağırırıq".

Qeyd edək ki, koronavirus pandemiyasının bütün dünyada yayılması səbəbindən əksər ölkələrdə çempionat dayandırılıb.


Etiketlər:  Maaşın azaldırılmasından narahatıq FİFPro çağırış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ