Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 16:30
"Azərreyl"in iki əcnəbi voleybolçusu ölkəsinə qayıtmayıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, seneqallı Mbayanq Sek və sloveniyalı Mojka Pene Bakıda qalıblar.
Buna səbəb koronavirus pandemiyasının yayılması ilə əlaqədar xarici ölkələrə uçuşların təxirə salınmasıdır. Kişi və qadınlardan ibarət digər klubların legionerləri öncədən ölkələrinə yollansalar da, Sek və Pene hazırda Azərbaycandadır.
Ancaq "Azərreyl" rəhbərliyi hər iki oyunçuya lazımı şəraiti yaradıb və uyğun zamanda onların ölkələrinə dönmələrinə köməklik göstəriləcəyi bildirilib.