Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 19:34
Uruqvay Futbol Assosiasiyası (AUF) milli komandanın baş məşqçisi Oskar Tabareslə yolları ayırıb.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyasına görə AUF-un maliyyə problemləri ilə üzləşməsi səbəb olub. 73 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. Tabareslə yanaşı, AUF-un 400 əməkdaşı da işdən azad olunub.
Qeyd edək ki, Oskar Tabares 2006-cı ildən Uruqvay millisinə başçılıq edirdi. Onun rəhbərliyi altında komanda Amerika kuboku-2011-in qalibi olub.