Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 20:51
Viruslardan qorunmaq, koronavirusla mübarizə tədbirləri çərçivəsində əllərin tez-tez sabunla yuyulması, spirt, digər dezinfeksiyaedici məhlullarla təzmilənməsi ən vacib şərdir. Gün ərzində əllərin dəfələrlə yuyulması, spirtlənməsi, digər məhlullarla silinməsi dəridə problemlərə səbəb ola bilərmi?
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, dermatoloq, uzman həkim Firayya Məmmədovayanın dediyinə görə, əllər bədənimizdə dərisi ən həssas olan bölgələrdən biridir. Hər şeyə ilk növbədə əllərlə toxunduğumuza görə, dəri çox həssaslaşır. Bu baxımdan əllərin dərisi ən çox travmaya məruz qalan hissə olur.
Viruslardan qorunmaq üçün gündəlik olaraq tez tez əlləri yumaq, spitləmək, nəm salfetlərlə silmək də dərinin üst təbəqəsini bir qəsər dözümsüz edir. Bu halda hüceyrə keçirilciliyi artır, sabun, kimyəvi maddələr, kosmetik vasitələr dərini daha da həssaslaşıdır. Bununla da dermatitlər-kontakt dermatitləri, allergik dermatitlər, eqzemanın bir neçə növü ortaya çıxa bilir. Soyuq havalarda, fəsil dəyişkənliyi fonunda da dərinin digər xəstəlikləri kimi, eqzemalar da artır.
Bəs indiki halda nə etməliyik?
Dermatoloq vurğulayıb ki, hazırkı durumda əlləri tez-tez yumağımız, tez-tez dezinfeksiyaedicilərdən istifadə etməyimiz mütləqdir: "Hərçənd ki, bu gün spirtin koronavirusa təsiri barədə mübahisəli
fikirlər var. Bir qisim hesab edir ki, spirt bu virusa təsir etmir, bir qisim isə əksini söyləyir. Mən də viruslardan qorunmaq üçün əlləri spirtləməyi, tez-tez yumağı tövsiyə edirəm. Əlləri yuyandan, dezinfeksiyaedci məhlullarla siləndə sonra mütləq dərinin nəmləndirilməsinə diqqət etmək lazımdır. Bacardığımız qədər tərkibində spirt olmayan kremlər, yumşaldıcı vasitələr çəkmək lazımdır. Əgər tez-tez edilən dezinfeksiyaedici tədbirlərdən sonra əllərdə narahatlıq yaranarsa, allergik kontakt dermatiti şiddətlənərsə bu halda mütləq həkimə müraciət etməyi tövsiyə edirəm. Çünki həkim bu hala uyğun olaraq lazım olan dərman tərkibli kremlər təyin edəcək".