Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Dünyada koroanvirusa yoluxanların sayı 570 mini ötüb

ÜST: Dünyada koroanvirusa yoluxanların sayı 570 mini ötüb

Tarix: 29 Mart 2020 01:20

Bakı. Trend:

Dünyada martın 28-i üçün yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 571 678 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Hesabata əsasən, sutka ərzində yoluxma hallarının sayı 62 mindən çox, ölüm hallarının sayı isə 3 159 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 324 343 yoluxma və 18 740 ölüm halı. Avropa regionunda sutka ərzində 37 646 yoluxma halı, 2 635 ölüm halı qeydə alınıb.

İkinci yerdə Qərbi-Sakit okean regionu qərarlaşıb. Burada martın 28-nə olan məlumatlara əsasən, 101 462 yoluxma halı və 3 592 ölüm halı qeydə alınıb.

Üçüncü yeri Cənubi və Şimali Amerika tutur, burada ümumilikdə 100 314 yoluxma və 1 485 ölüm halı qeydə alınıb.


Etiketlər:  ÜST Dünyada koroanvirusa yoluxanların sayı mini ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ