Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda teleaparıcı koronavirusa yoluxdu - FOTO

Azərbaycanda teleaparıcı koronavirusa yoluxdu - FOTO

Tarix: 29 Mart 2020 10:54

Teleaparıcı Firuzə Cəlilova koronavirus infeksiyasına yoluxub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, o, bu barədə məlumatı Facebook səhifəsində paylaşıb. Aparıcı statusunda aşağıdakıları bildirib:

"‪Haqqınızı halal edin!

‪Kədərlənərək qeyd edəcəm ki, bu gün Covid-19 testi etdirdim və 6 -dan sonra pozitiv olduğu bildirildi.
‪İndi artıq xəstəxanada karantin altındayam, əlbəttə çalışacam mümkün qədər tez-tez vəziyyətim ilə bağlı narahat olanları məlumatlandırım. Bəlkə uzun bir müddət sizinlə bərabər ola bilməyəcəm. Mən özümü qoruya bilmədim. Siz qoruyun!"

Aparıcı sonda insanlara koronavirusdan qorunmaq üçün evdə qalmağı tövsiyə edib.

Milli.Az


Etiketlər:  Azərbaycanda teleaparıcı koronavirusa yoluxdu FOTO


RƏYLƏR