Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 23:12
Gündəlik həyatımızda istifadə etdiyimiz qidalara baxdıqda bir çoxunun orqanlarımıza oxşadığını demək mümkündür. Onların bənzədikləri orqanlara xeyirli olduğu da deyilir.
Sonxeber.net həmin qidaların siyahısını təqdim edir.
1) Pomidor - əgər pomidoru kəssəniz, bu tərəvəzin quruluşca ürəyə oxşadığını görə bilərsiniz. Pomidorun tərkibində likopen adlanan antitoksidləşdirici maddə var. Buna görə də onu yeyən kişi və qadınlarda ürək xəstəlikləri riskinə daha az rast gəlinir. Əgər pomidoru zeytun yağı ilə qarışdırsanız, vücudunuzun likopen ehtiyacını 10 qat artıra bilərsiniz.
2) Kök - kökü yarıya böldükdə onun gözə bənzədiyini görmək mümkündür. Tərəvəzin tərkibi antioksidant və bir çox vitaminlərlə zəngindir. Bu da yaşlı insanlarda görmə probleminin aradan qalxmasına kömək edir.
3) Qoz - görünüşcə beynə çox bənzəyir. Çərəz beyin funksiyasını dəstəkləyən Omeqa-3 ilə zəngindir.
4) Zəncəfil - ishalın qarşısını alır.
5) Portağal - xərçəngin qarşısını alır, qanı təmizləyir, cildi gözəlləşdirir.
6) Fındıq - dəmir, kalsium və maqneziumla zəngindir. Tərkibində E vitamini və Omeqa-3 yağı da var.
7) Badam - tərkibindəki yağlar arıqlamağı asanlaşdırır. Gün ərzində 10-15 ədəd badam qəbulu aclıq hissini azaldır.
8) Kivi - göz bəbəyinə bənzəyir. C və E vitamini ilə zəngindir. Görmə probleminin qarşısını alır. (publika.az)