Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 11:56
Bakı. Elçin Mehdiyev – Trend:
Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu apteklərdə tibbi maskaların çatışmazlığı məsələsinə toxunub.
Trend-in məlumatına görə, millət vəkili bildirib ki, Azərbaycanda tibbi maskaların istehsalı ilə bağlı işlər görülür:
“Seçicilərim mənə zəng vurular ki, apteklərdə tibbi maskalar tapılmır. Araşdırdıq və bəlli oldu ki, apteklərə gün ərzində 50-100 arası maska verilir və o da tələbatı ödəmir. Aidiyyəti qurumlara səslənirəm ki, bununla bağlı tədbirlər görülsün. Cənab Prezident İlham Əliyev bütün lazımi tədbirləri görür, xahiş edirəm aidiyyəti qurumlar da maska çatışmazlığı məsələni diqqətdə saxlasınlar”.