Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

20 turda 26 futbolçu

20 turda 26 futbolçu

Tarix: 30 Mart 2020 19:24

“Qəbələ” Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda 26 futbolçunun xidmətindən yararlanıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Amin Seydiyevlə Qismət Alıyev koronavirus pandemiyası üzündən dayandırılan çempionatda “qırmızı-qara” forma ilə hamıdan çox – hərəyə 19 oyun keçirib. Amin bu görüşlərdə əvəzolunmadan meydanda olub. Legionerlər arasında Merab Qiqauri, Fernan Lopez və Klesio Bauk daha çox – 18 matçda şans qazanıb. Daha iki oyunçu Ülvi İsgəndərovla Rövlan Muradov da eyni sayda qarşılaşmanın iştirakçısı olub.

Komandanın qollarına 9 oyunçu imza atıb. Keçirilən 20 görüşdəki ən məhsuldar oyunçusu qış fasiləsində “Qəbələ”dən ayrılan Davit Volkovdur. Onun hesabında 5 top var. Qışda heyətə qatılan Nikolas Raysel isə 4 matçda 4 qol vurmaqla yüksək məhsuldarlığı ilə seçilib. Rövlan Muradovun da aktivində eyni sayda qol var. Fernan Lopezlə Ülvi İsgəndərov 3, İvitsa Juniç 2 dəfə fərqlənib. Amin Seydiyev, Qismət Alıyev və Roman Hüseynovun 1 qolu var. Daha bir qol isə rəqib avtoqolu sayəsində gerçəkləşib. Bu topun müəllifi Donald Geryedir (“Neftçi”).


Futbolçu, oyun, dəqiqə, qol, sarı, qırmızı

Amin Seydiyev - 19, 1710, 1, 4, 0

Qismət Alıyev - 19, 1661, 1, 3, 1

Merab Qiqauri - 18, 1589, 0, 7, 0

Klesio Bauk - 18, 1486, 0, 2, 0

Fernan Lopez - 18, 1478, 3, 7, 1

Rövlan Muradov - 18, 983, 4, 3, 0

Ülvi İsgəndərov - 18, 780, 3, 3, 0

İvitsa Juniç - 17, 1505, 2, 3, 0

Anar Nəzirov - 15, 1313, 21, 4, 1

Davit Volkov - 14, 1182, 5, 1, 0

Yusif Nəbiyev - 14, 1068, 0, 0, 0

Asif Məmmədov - 13, 963, 0, 3, 1

Roman Hüseynov - 13, 797, 1, 3, 0

Sadiq Quliyev - 9, 529, 0, 3, 0

Murad Musayev - 8, 542, 0, 1, 0

Tərlan Əhmədli - 7, 485, 14, 1, 0

Rasim Ramaldanov - 5, 400, 0, 1, 0

Ehtiram Şahverdiyev - 5, 183, 0, 0, 0

Nikolas Raysel - 4, 271, 4, 2, 0

Abdelrafik Jerar - 4, 206, 0, 1, 0

Faiq Hacıyev - 4, 145, 0, 2, 0

 


Etiketlər:  20 turda 26 futbolçu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ