Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dieqo Koşta İtaliya klubuna keçə bilər

Dieqo Koşta İtaliya klubuna keçə bilər

Tarix: 30 Mart 2020 20:44

"Atletiko Madrid"in hücumçusu Dieqo Koşta karyerasını İtaliyada davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Roma" 31 yaşlı futbolçunun xidmətində maraqlıdır. "Canavarlar"ın idman direktoru Canluka Petrakinin də bu transferi dəstəklədiyi deyilir.

Madrid klubunun uyğun təklif qarşılığında Koştanın komandadan ayrılmasına mane olmayacağı bildirilir.

2018-ci ilin yanvarından "Atletiko"nun şərəfini qoruyan İspaniya millisinin üzvü, cari mövsümdə 19 oyunda iştirak edib. Onun klubla müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Dieqo Koşta İtaliya klubuna keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ