Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 23:32
"Borussiya Dortmund" futbol klubu məşqləri bərpa etməyə qərar verib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Emre Can verib.
O, Sport1 nəşrinə açıqlamasında bildirib ki, komandası martın 30-dan etibarən məşqlərə start verəcək. Almaniyalı futbolçu hətta məvaciblərinin azaldılmasına razı olduqlarını da etiraf edib:
"Ən vacibi odur ki, meydana dönürük. Məvaciblərimizin azaldılmasına gəlincə, biz onsuz da çox qazanırıq. Buna görə həmin məbləğin müəyyən hissəsini qaytarmalıyıq".