Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 13:00
2020-ci ilin yanvar-fevral aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrünə nisbətən 4,7 faiz artaraq 885,9 milyon manat olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 620,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 70,1 faizini təşkil edib.
Qeyd olunan müddət ərzində ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,4 faiz artaraq 144,4 milyon manat olub.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 44,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 80,2 milyon manat təşkil edib.