Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milan'' İbrahimoviçlə bağlı qərarını açıqladı

''Milan'' İbrahimoviçlə bağlı qərarını açıqladı

Tarix: 1 Aprel 2020 16:14

"Milan"ın hücumçusu Zlatan İbrahimoviçin taleyinə aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "rossonyerlər" veteran forvardla yollarını ayırmağı qərara alıb.

Komandaya lider olmaq üçün qayıdan isveçli superulduz rəhbərliyin bu qərarından məyusdur. Zlatan qalmaq istəsə də, baş direktor İvan Qazidis fərqli plan qurub. A seriyası təmsilçisi 39 yaşlı forvardın mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləməyəcək.

Qeyd edək ki, İbrahimoviç "Milan"a bu ilin yanvarında keçib. O, "rossonyerlər"in heyətində 8 oyunda 3 qol vurub.

Milli.Az


Etiketlər:  Milan İbrahimoviçlə bağlı qərarını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ